Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 15:09:00
Bir nəfərin imtahan nəticəsi ləğv olundu-SƏBƏB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 29-da keçirilmiş qəbul imtahanında (II cəhd) iştirak etmək üçün qeydiyyatdan keçən 14 843 bakalavrdan 203 nəfəri imtahana gəlməyib.

 

Bu barədə DİM-dən AzEdu.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, imtahan qaydalarını pozduğu üçün 1 nəfərin nəticələri ləğv olunub.