Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 15:21:00
Sabirabadda məktəbli qız ərə verildi

Sabirabad rayonunda 9-cu sinif şagirdinin toyu olub. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

 

Onun sözlərinə görə, məktəbli qızın toy məclisi ötən gün baş tutub:

 

"Sabirabad rayonunun Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə oğlan toyu olacaq və o da müdafiə gününə təsadüf etməyəcək. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir".