Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 13:43:00
DİM-dən başqa əlavə testologiya mərkəzinə ehtiyac varmı?-TƏHLİL

 

 

Son zamanlar mediada və sosial mediada testologiya, bilik və bacarıqların qiymətləndirilməsi işlərini aparaq yeni mərkəzin açıqlmasının zəruriliyi ilə bağlı yazılar qeyd olunur. Məlumdur ki, hazırda bu prosesləri Dövlət İmtahan Mərkəzi həyata keçirir. DİM artıq uzun illərdir ki, bu istiqamətdə mərkəzləşdirilmiş və sistemi işlər həyata keçirməkdədir. Elə isə, yeni Testologiya Mərkəzinin yaranmasına nə gərək var?

 

AzEdu.az xəbər verir ki,  DİM institusional inkişafını təmin etmək məqsədilə mütəmadi olaraq peşəkar inkişaf layihələrinin təşkil edilməsinə, daxili nəzarət və auditin keçirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə beynəlxalq təşkilatların və DİM-in xarici tərəfdaşlarının təcrübələrinə, hesabat və tövsiyələrinə hər zaman müraciət edilir. Belə ki, 2021-ci ildə Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzi (RCEC - Research Centre for Examination and Certification) tərəfindən DİM-in imtahanları təşkil etmə prosedurları – test tapşırıqlarının hazırlanması, imtahanların aparılması, imtahan nəticələrinin yoxlanılması və təhlili audit edilib. Auditin məqsədi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkilinin keyfiyyətini və səmərəliliyini, atılan addımlar və prosesləri Beynəlxalq Standartlaşdırma Təşkilatı – ISO-nun standartlarına uyğun qiymətləndirmək və təkmilləşdirmək olub. ISO 9001 (idarəetmənin keyfiyyəti), ISO 17024 (heyətin qiymətləndirilməsi), ISO 17065 (xidmətin qiymətləndirilməsi) və təhsilin qiymətləndirilməsinə dair beynəlxalq keyfiyyət standartları əsasında təşkil edilən auditin nəticəsi olaraq Dövlət İmtahan Mərkəzi RCEC-in keyfiyyət nişanını özündə əks etdirən sertifikatla təltif edilib.

 

RCEC-in audit nəticəsində qurumu rəsmi keyfiyyət nişanı təltif etməsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların ən yüksək keyfiyyət standartlarına cavab verməsinin sübutudur. Bundan əlavə, Dövlət İmtahan Mərkəzi postsovet ölkələrinin müvafiq qurumları arasında qeyd olunan keyfiyyət sertifikatı əldə edən yeganə təşkilatdır.

 

 

Həmçinin, Dövlət İmtahan Mərkəzinin istifadə etdiyi tətbiqi proqram təminatlarını öz mütəxəssisləri yazır.

 

Mütəxəssislərin fikrincə,  DİM-də artıq uzun illərdir ki, testologiyanın elmi əsasları öyrədilib:

 

“İmtahanın məzmunu ilə bağlı hələ 1994-cü ildən ekspert qrupları yaradılıb, elmi-metodiki seminarlar, işçi qrupları fəaliyyət göstərir. Məhz bu seminarlarda  testologiyanın elmi əsasları öyrədilib, imtahanın məzmununun təkmilləşdirilməsi işləri həyata keçirilib və müxtəlif mövzular ətrafında ictimaiyyətə tam açıq müzakirələr təşkil olunub.

 

Qurumun mütəxəssisləri tərəfindən 30 ilə yaxındır ki, imtahan nəticələrinin elmi-statistik təhlili aparılır və bu təhlilin nəticəsi geniş ictimaiyyətə təqdim edilir. Bu təhlillər bizim təhsilimizin yol xəritəsinin hazırlanmasının əsasını təşkil edir.

 

Bütün bunları 30 ilə yaxındır ki, DİM-in əməkdaşları və mütəxəssisləri edir. Bu sahəni - xüsusilə testologiya, bilik və bacarıqların qiymətləndirilməsini  bilən hanısa kənar mütəxəssis və qurum varmı?