Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-06 16:00:14
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə 16 nəfər uğur qazanıb  

On üç dövlət orqanında mövcud olan 47 vakant vəzifə üzrə mayın 26-dan başlanan ümumi müsahibələr davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 202 nəfər qeydiyyatdan keçib. Bu gün saat 15:05-dək olan məlumata görə, 16 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələrin iyunun 16-dək keçirilməsi planlaşdırılır.