
Media elmləri nəyi öyrənir?
Biz hər gün müxtəlif media növləri ilə qarşılaşırıq - seriallar, filmlər, kompüter oyunları, musiqi, sosial şəbəkələr, reklamlar və s. Media kommunikasiyaları jurnalistlərə informasiyayla düzgün işləmək və onu müxtəlif auditoriyalara - siyasətçilərdən və iş adamlarından tutmuş tələbələrə və fermerlərə qədər səmərəli şəkildə çatdırmağa kömək edir.
Bu sahə üzrə təhsil alan tələbələr müxtəlif peşə növləri üzrə baza bilikləri əldə etmiş olurlar: jurnalistika və ədəbiyyatdan tutmuş hüquq və idarəetməyə qədər. Həmçinin məzunlar yaradıcılıq bacarıqlarına - kreativ yazı, audio və video montaj, dizayn və s. biliklərə yiyələnirlər.
Jurnalistika və media kommunikasiyaları üzrə kimi təhsil aldıqdan sonra aşağıdakı sahələrdə işləyə bilərsiniz:
KİV - qəzetlər, jurnallar, televiziya, radio, müxtəlif internet resursları;
Mədəniyyət sənayesi - kino və televiziya istehsalı, musiqi menecmenti;
İctimaiyyətlə əlaqələr sahəsində - mətbuat xidmətləri, reklam və PR agentlikləri, SMM.
Harada keyfiyyətli təhsil almaq olar?
Aşağıda dörd sahədə - media və kommunikasiya, jurnalistika, fotojurnalistika və media menecmenti üzrə ən yaxşı təhsil proqramları təqdim edirik.
Jurnalistika
Amsterdam Universiteti
Amsterdam Universiteti media və kommunikasiya elmləri sahəsində QS reytinqində birinci yerdədir. Universitetin “Jurnalistika, Media və Qloballaşma” proqramı iki Avropa ölkəsində təhsil almaq üçün unikal imkandır. İlk təhsil ili Danimarkada keçirilir. Növbəti il tələbələr Amsterdam Universitetində siyasi jurnalistikanın incəliklərini başa düşməyi, Londonda biznes və maliyyə haqqında daha yaxşı yazmağı və ya Uelsdə müharibə müxbiri kimi karyera qurmağı seçə bilərlər.
Boston Universiteti
Boston Universitetinin jurnalistika fakültəsi artıq CNN müxbiri Erica Hill və New York Times fotojurnalisti Tayler Hiks də daxil olmaqla 24 Pulitzer mükafatı laureatı yetişdirib. Lakin universitet əldə etdiyi nailiyyətlərlə kifayətlənməyə hazır deyil və hər şeyi edir ki, tələbələr təhsil müddətində jurnalistikada irəliləyiş əldə etsinlər. Tələbələr fakültədə öz radiostansiyalarını təşkil edib, müntəzəm olaraq qəzet nəşr edirlər, asudə vaxtlarında isə yerli televiziyada məşq edirlər.
Fotojurnalistika
Fotojurnalistikanı belə təsvir etmək olar: “Bir şəkil min sözə dəyər”.
Xəbərlərin vizual vasitələrlə təqdim edilməsidir. Fotojurnalistika fotoqrafiyanın digər formalarından onunla fərqlənir ki, o, yaradıcı fotoqrafiyanın estetik və konseptual prinsiplərindən daha çox “normal” jurnalistikanın qaydalarını – dürüstlük, obyektivlik, vaxtındalığı rəhbər tutur.
Corc Vaşinqton Universiteti
Corc Vaşinqton Universitetində fənlərarası bakalavr dərəcəsi proqramı olan Fotojurnalistika “İncəsənət Fakültəsini” və “Media və Kütləvi Kommunikasiya” fakültələrini birləşdirir. Tədrisin ilk günündən tələbələr fotojurnalistikanın ənənələri və prinsipləri ilə tanış olur, reportyor bacarıqlarını və müşahidələrini inkişaf etdirirlər. Təhsil proqramının müəllimləri arasında National Geographic, Washington Post, ABŞ-ın fotojurnalistləri də var.
Media və kommunikasiya.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE)
LSE Londonda sosial elmlər və media tədqiqatları sahəsində güclü proqramları ilə tanınan aparıcı universitetdir. QS mövzu reytinqində o, dünyada 3-cü yerdədir.
Media və Kommunikasiya proqramı praktiki yanaşmaya yüksək dəyər verir. Tələbələr yerli mediada təcrübə keçməyə sinif otaqlarından daha çox vaxt sərf edirlər. Təcrübə üçün mümkün yerlər arasında The Guardian, BBC, The Times və başqaları kimi nəhəngləri göstərmək olar.
Media menecmenti
Bu proqramlardakı tələbələr mədəniyyət sənayesində biznesin aparılmasının xüsusiyyətlərini, tədbirlərin idarə edilməsini və film, televiziya, musiqi və digər media formalarını istehsal etməyi öyrənirlər.
Stenden Tətbiqi Elmlər Universiteti
“Kreativ biznes və Media menecmenti” proqramında Stenden Tətbiqi Elmlər Universitetinin tələbələri konsepsiyanın hazırlanmasından tutmuş istehsala qədər kommersiya media məhsulunun yaradılması prosesi ilə tanış olurlar. Hər bir təhsil ili ayrıca yaradıcı idarəetmə növünə həsr edilmişdir.
Dördüncü kurs tələbələri Nintendo, MTV və Walt Disney-də təcrübə keçməyə və buraxılış layihəsinin - öz media məhsulunun və ya biznes planının hazırlanmasına həsr edirlər.
Samir Mehdiyev
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin IV kurs tələbəsi