Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 09:15:00
Fənlər üzrə “Qiymətləndirmə kitabçaları” təhlil edilib

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, ingilis dili və kimya fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları” müqayisəli təhlil edilib. Qeyd olunmuş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.