Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 10:14:00
Təhsil İnstitutu daha bir məktəbin inkişaf planını təqdim edib

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Bakıdakı 35 nömrəli tam orta məktəbdə Məktəbin İnkişaf Planını (MİP) təqdim edib.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ötən il dekabrın 24-də 35 nömrəli tam orta məktəbdə 4 istiqamət üzrə inspeksiya keçirib. İnspeksiya hesabatı əsasında məktəbə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin İnkişaf Planının hazırlanması nəzərdə tutulub.

 

Qeyd edilən istiqamətlər üzrə fəaliyyətin təşkili məqsədilə bu il martın 17-də MDPİM əməkdaşları ilə məktəb heyəti arasında görüş keçirilib və görüşdən sonra məktəbdə dərsdinləmələr təşkil edib, müxtəlif təlim və seminarlar keçirilib. Eyni zamanda, məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloq, kitabxanaçı və bir neçə müəllimlə fərdi söhbətlər aparılıb, MİP-də reallaşdırılması mümkün olan fəaliyyətlər üzrə təkliflər müzakirə olunub.

 

Aparılan təhlil və müzakirələrdən sonra 35 nömrəli tam orta məktəbin inkişaf planı məktəb rəhbərliyi və müəllim kollektivinə təqdim edilib.

 

Məktəbin İnkişaf Planı 3 illik dövrü əhatə edir və 35 nömrəli tam orta məktəbdə 2022-2023-cü dərs ilindən icrası nəzərdə tutulur.