Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 14:31:00
Təhsil Nazirliyi: Regionlarda vətəndaşların qəbulu davam etdirilir  

Regional təhsil idarələrinin (RTİ) müdirləri tərəfindən vətəndaşların qəbulu prosesi davam etdirilir.

 

AzEdu.az xəbər verir ki, vətəndaşlar Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron və rəsmi vatsap xidmətinə (0512067848) və birbaşa RTİ-yə telefon və ya elektron poçt vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

Qeyd edək ki, regional təhsil idarələrində vətəndaşların qəbulu müntəzəm olaraq həyata keçiriləcək. Vətəndaşlar regional təhsil idarələrinə yaxınlaşmaqla müraciətlərini müvafiq struktur bölmə rəhbərlərinə çatdıra bilərlər.