Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 16:26:00
ADNSU ilə “Polimart” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb  

İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Polimart” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Tədris İşləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, universitetin professor müəllim heyəti, həmçinin “Polimart”MMC-nin Təsisçisi və Baş icraçı direktoru Rəşad Cabirli və nümayəndə heyəti iştirak ediblər.

 

Qonaqları universitetdə salamlayan rektor, professor M.Babanlı birgə əməkdaşlıq istiqamətlərindən söz açıb. Müəssisələrlə əlaqələrin bir çox sahələrin, xüsusiləm də tələbələrin gündəlik təcrübə keçməsinin önəmini vurğulayan rektor, professor M.Babanlı birgə tədris proqramlarının, praktiki mövzuların və yol xəritəsinin tərtib olunmasında elmlə təcrübənin tətbiqinin zəruriliyindən danışıb.  

 

ADNSU-da olmaqdan məmnun olduğunu deyən “Polimart”MMC-nin Təsisçisi və Baş icraçı direktoru R.Cabirli şirkət haqqında iştirakçılara ətraflı məlumat verib və universitetlə bir çox sahələr üzrə genişmiqyaslı əməkdaşlıq imkanlarının olduğunu bildirib.

 

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Qeyd edək ki, memorandumun əsas məqsədi tərəflər arasında onların fəaliyyət sahələri və ikitərəfli əməkdaşlıq qurmaqdır. Memoranduma əsasən universitetin elmi-təcrübi layihələrinin istehsalatda təcrübi məqsədlərlə tətbiqi işinin təşkili, birgə əməkdaşlıq nəticəsində yeni məhsulların birgə istehsalının təşkili, tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının həyata keşirilməsi, həmçinin qarşılıqlı elmi-praktiki fəaliyyətin təşkili nəzərdə tutulur.