Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 09:30:00
Bu gündən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılır  

Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili fənni üzrə imtahan protokollarının və cavab kartlarının emalına başlanılır. Nəticələrin 1 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Bu barədə  DİM-dən məlumat verilib.

Xatırladaq ki, iyunun 13-də DİM Azərbaycan dili fənni üzrə imtahan keçirib. İmtahanda hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri iştirak ediblər.