AzEdu.az xəbər verir ki, işçi qrupunun iclasında gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 7-11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsinin yekun müzakirəsi olub.
Müzakirə edilən məsələlərlə bağlı iştirakçılar tərəfindən fikir bildirilib və təkliflər söylənilib. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Qiymətləndirmə kitabçaları nəşr üçün redaksiyaya təqdim edilib.