Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-15 14:31:00
Təhsil Nazirliyi: 6 min 544 tələbəyə kredit verilib

2021-2022-ci tədris ili ərzində 6 min 544 tələbəyə kredit verilib. Kreditlərin 2 min 379-u sosial, 4 min 165-i standart yönümlüdür.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.