Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-16 10:24:00
DİM: 17 nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 17 nəfər iştirak edib. Onlar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının iyunun 25-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.