Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-16 15:07:00
“Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi başa çatıb

“Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi başa çatıb.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, müsabiqənin ilk mərhələsində 3000-dən çox şagird məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayıb.

 

İkinci mərhələdə isə şagirdlərin təqdim etdiyi gündəliklərə Münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcək.

 

“Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsinin Bakı şəhər mərhələsinin nəticələrinə əsasən, 5 nəfər birinci, 5 nəfər ikinci, 5 nəfər üçüncü yer olmaqla, ümumilikdə 15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə tərifnamə, fəal iştiraka görə 25 şagirdə isə təşəkkürnamə təqdim olunacaq.

 

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

Qeyd edək ki, iki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin şagirdləri iştirak edirlər. Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.