Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 10:26:00
Xaricdə təhsil alan doktorantların sayı BİLİNDİ

Təhsil Nazirliyi xaricdə təhsil alan doktorantların sayını açıqlayıb.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 93 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına beynəlxalq reytinq cədvəlləri üzrə (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) top 500-lükdə yer alan aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

 

Hazırda Dövlət Proqramı çərçivəsində 6 prioritet ixtisas istiqaməti üzrə dünyanın 20 ölkəsinə aid nüfuzlu 62 ali təhsil müəssisəsində 124 doktorant təhsil alır.