Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 12:05:00
Azərbaycan dili və ədəbiyyat fənnindən seminar təşkil olunacaq

İyunun 21-də Azərbaycan dili və ədəbiyyat fənnindən imtahana hazırlaşanlar üçün seminar təşkil olunacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan bildirilib. Əyani şəkildə keçiriləcək seminarda iştirak etmək istəyən şəxslər linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

 

Seminar Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində keçiriləcək və 2 saat davam edəcək.

 

Qeyd edək ki, seminarların mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.