Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-17 12:58:00
Məktəbin İnkişaf Planının hazırlanması ilə bağlı yekun görüş olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzi tərəfindən 2021-2022-ci tədris ili üzrə Məktəbin İnkişaf Planının hazırlanması prosesi başa çatıb.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 58 nömrəli tam orta məktəbdə təşkil olunmuş yekun görüşdə 6 təhsil müəssisəsinə Mərkəz tərəfindən hazırlanmış Məktəbin İnkişaf Planı təqdim olunub.

 

Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov ümumi təhsil məktəblərində metodiki işin təşkilinə dəstək vermək, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərməyin vacibliyini vurğulayıb.

 

Daha sonra çıxış edən Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Məktəbin İnkişaf Planının hazırlanmasını təhsil müəssisələrinin daha sistemli inkişafı baxımından yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bildirib ki, Məktəbin İnkişaf Planının hazırlanmasında təhsil müəssisələrinin kollektivləri mühüm rol oynayır.

 

Qeyd edək ki, Təlimə Dəstək Mərkəzinin metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

 

Görüşdə metodistlər, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 6 ümumi təhsil müəssisəsinin (24, 58, 108, 118, 137, 296 nömrəli) rəhbərləri iştirak ediblər.