
2018-08-26 12:03:00
Övladı məktəbə hazırlaşanlar – Uşağın gözlərini necə qorumalı?
Gözlər, bizə bütün dünyanı göstərən çox önəmli orqandır.
Onlara qayğı göstərmək mütləqdir. Lakin müasir dövrün tələbləri, hər gün yenilənən texnika gözlərə çox ziyanlı olaraq, görmə qabiliyyətinə təsir edir.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, balaca yaşlarından televizor, mobil telefon, planşet və kompüterin təsirnə məruz qalaraq, vaxtından əvvəl görmə qabilliyətinin pisləşməsi kimi problemlərin yaranmasını müşahidə edirik. Məktəb periodu isə, uzağı və yaxını görmə pozuntuları və astiqmatizm kimi deffektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki bu periodda, gözlər çox yüklənir. Bu məqalədə sizə uşaqların məktəb periodunda görmə qabiliyyətinin qorunması üçün bir neçə xeyirli məsləhəti təqdim edirik:
– Uşağın gün rejimi düzgün qaydada qurulmalıdır. Xüsusən bu, dərs etmə perioduna aid edilir.
– Uşağınız məktəbədən gələndən həmən sonra, onu dərs etməyə məcbur etməyin. 1-2 saat ərzində istirahət etməsini təmin edin.
– Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür. Yaşı artdıqda bu fasilə hər 1 saat ərzində ola bilər.
– Uşağınızın dərs etdikdə masa arxasında necə oturması çox vacibdir. Belə ki, düzgün oturmadıqda, o, həm bel sümüyünün əyilmə təhlükəsinə, həm də görmə deffektinin artmasına səbəb olur.
– Dərs etdiyi məkana gəldikdə, məkan bərabər ölçüdə işıqlı olmalıdır. Təbii işığın olması vacibdir. Lakin, qış axşamlarında elektrik işıqla bərabər stolüstü çıraqdan istifadə etmək olar. Lakin çırağın işığı çox gur olmamalıdır ki, otağın ümumi işığı ilə kontrast yaratmasın.
– Problemlərin əsasından sayılan – televizor. Televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qadağandır. 3 metrdən yaxın olmayaraq, ekrana qıraqdan deyil, düz istiqamətdə baxmaq məsləhətdir.
– Dövrün ən əsas problemi – kompüter. Uşaqlar kompüterter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.
– Qida rasionuna xüsusi diqqət yetirin. Çalışın A vitamini olan məhsullara üstünlük verin.
– Uşağınızın görmə qabiliyyətində hər hansı deffekt varsa, sinif müəlliməsinə xəbər verin ki, hansı masa arxasında oturmasının tənzimləyə bilsin.
– Gözlər üçün məşğələləri də unutmayın, onlar görmə qabiliyyətinə müsbət təsir göstərə bilərlər.
Sonda isə ən əsas məsləhətimiz odur ki, uşağınızın görmə qabilliyyətində hər hansı dəyişiklik gördükdə, mütləq olaraq oftalmoloqa (göz həkiminə) müraciət edin! (bagcam.az)
Bu bölməyə aid digər xəbərlər
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
2024-09-11 16:40:05
Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
2024-09-11 13:26:59
Saatlıda məktəb açılışı olub
2024-09-10 13:22:38
“Maydan sonrakı 2 həftədə məktəblərdə səmərəlilik düşür”
2024-09-10 12:20:16
İşğaldan azad olunmuş ərazilərdə 10 məktəb fəaliyyətə başlayacaq
2024-09-10 11:47:29
Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub
2024-09-10 11:45:07
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın çəkisinin 10 faizindən çox olmamalıdır
2024-09-10 11:43:19
Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər
2024-09-09 16:05:06
NİİM yeni tədris ili ilə bağlı müraciət edib
2024-09-09 10:09:00
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
2024-09-08 15:04:35