Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 15:41:00
Məktəblilərarası VII fənn müsabiqələrinin mükafatlandırma mərasimi keçiriləcək!

22 iyun 2022-ci il tarixində Bakı Avropa liseyində keçirilməsi planlaşdırılan “VII Məktəblilərarası fənn müsabiqələri”nin mükafatlandırma mərasimində yalnız müsabiqədə qalib gələn şagirdlərin iştirakı nəzərdə tutulub.(valideynlərin iştirakı nəzərdə tutulmayıb)

 

AzEdu.az xəbər verir ki, rədbirə giriş vaxtı saat 15:00-dan etibarən başlayır. Giriş üçün şagirdlərdən özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur. 

 

Qeyd edək ki, 2021-2022-ci tədris ilində “VII Məktəblilərarası fənn müsabiqələri” riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla, 5 fənn üzrə VI və VII sinif şagirdləri arasında keçirilib. 

 

21567 nəfər iştirakçıdan 44 qızıl, 71 gümüş, 110 bürünc medal olmaqla, 225 nəfər qalib elan edilib.