
Ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbi davam edir.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən “Yay məktəbi”ndə bir gün” mövzusunda fotosessiyanı təqdim edir.
Xarladaq ki, iyunun 30-dək davam edəcək yay məktəbinin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. Yay məktəbi ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilir, bölmələr üzrə ümumiləşdirmələr aparılır, kompleks mövzular üzrə tapşırıqlar işlənilir.