
2022-06-25 15:45:00
LDU-da Elmi şuranın növbəti iclası keçirilib
Elmi şurada Cəlil Manafiana “Fəxri professor” diplomu təqdim edilib.
AzEdu.az xəbər verir ki, iclası şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ Təbriz Universitetinin professoru Cəlil Manafiana Lənkəran Dövlət Universitetinin “Fəxri professor” diplomunun təqdim edilməsi olub.Təbrizli alim barədə Azərbaycan Universitetinin prorektoru, professor Yusif Qasımov geniş danışıb. Bildirib ki, Cəlil Manafian təkcə Cənubi Azərbaycanda deyil, dünyada tanınan istedadlı riyaziyyatçı, məhsuldar alimdir. Dünyanın reytinqli jurnallarında yüzlərlə elmi məqaləsi dərc edilib və riyaziyyatçılar tərəfindən maraqla qarşılanıb.Yusif Qasımov Cəlil Manafianın fəxri ada layiq olduğunu deyərək onu təbrik edib.
Təbriz Universitetinin professoru Cəlil Manafiana Lənkəran Dövlət Universitetinin “Fəxri professor”u diplomunu LDU-nun rektoru, riyaziyyatçı alim Natiq İbrahimov təqdim edib. Professor Natiq İbrahimov Cəlil Manafianın Lənkəran Dövlət Universiteti ilə son 2-3 il ərzində elmi əlaqələr qurduğunu, universitetin elmi jurnalında məqalələrlə çıxış etdiyini, gənc alimlərin yetişməsində maraqlı olduğunu deyib və ona kollektiv adından minnətdarlıq bildirib.Rektor LDU-nun yeni “Fəxri professor”unu Elmi şura üzvləri adından təbrik edərək diplomu, fəxri libası və xatirə hədiyyəsini oan təqdim edib.
Təqdimatdan sonra Təbriz Universitetinin professoru Cəlil Manafian göstərilən diqqətə görə universitet rəhbərliyinə və şura üzvlərinə minnətdarlıq bildirib, LDU ilə elmi əlaqələrini bundan sonra daha da yaxşılaşdıracağına söz verib.
2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişi. Yekun Dövlət Attestasiyası haqqında LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərovun məlumatı dinlənilib.
Elmi şurada bir cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərarlar qəbul olunub.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39