Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 16:47:28
Ceyhun Bayramov liseylərin tədris planını təsdiqlədi

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2018-2019-cu dərs ilinə aid nümunəvi tədris planları təsdiqlənib.

AzEdu.az  xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazir eyni zamanda, istedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin 2018-2019-cu dərs ilinə aid tədris planını təsdiq edib.

Hər iki əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.