
2022-07-02 14:54:39
Regional İdarə məlumat yaydı - Astaralı uşaqlar təhsildən niye yayınıb?
Astara rayon Səncərədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Unuz kənd sakini 2010-cu il təvəllüdlü Eyvazov Amid Nəzərəli oğlu barədə sosial şəbəkələrdə paylaşılan video ilə bağlı açıqlama
AzEdu.az xəbər verir ki, Astara rayon Səncərədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Unuz kənd sakini 2010-cu il təvəllüdlü Eyvazov Amid Nəzərəli oğlu və onun yaşça böyük bacı və qardaşları uzun müddət təhsildən kənarda qalıblar.
Eyvazov Amid ailəsi ilə birlikdə sərhədyanı ərazidə yaşayır. Ailə maldarlıqla məşğul olur.
Unuz kəndində və kənddən 25-30 km məsafədə məktəbin olmaması Eyvazov Amidin təhsildən yayınmasına səbəb olubdur. Valideynləri tərəfindən 2021-ci ilin fevral ayında Züngüləş kənd ümumi orta məktəbinə fərdi qaydada qəbul olunması ilə bağlı müraciət olunsa da, tədris ilinin II yarısında uşağın məktəb kontingentinə qəbulu mümkün olmayıb.
Araşdırma zamanı müəyyən edilmişdir ki, Eyvazov Amid Nəzərəli oğlu və kiçik qardaşı Eyvazzadə Amil Nəzərəli oğlu 01.06.2022-ci il tarixində 1-ci sinfə qəbul olmaq üçün mektebeqebul.edu.az portalından qeydiyyatdan keçiblər.
Eyvazov Amid Nəzərəli oğlunun 12 yaşı tamam olduğundan təlimata görə fərdi təhsilə cəlb olunmalıdır.
Yerli icra nümayəndəliyinin və məktəb direktorunun verdiyi məlumata əsasən əlavə olaraq qeyd edirik ki, Eyvazov Amid anasının soyadını daşıyır. Atası Bünyadov Nəzərəli Şirinəli oğlu 2 dəfə ailə həyatı qurub və 12 övladı var. Şüvü kəndində yaşayan 1-ci ailəsindən olan 6 övladı məktəbi bitirib.
Unuz kəndində yaşayan 2-ci ailəsindən olan övladları isə yuxarıda qeyd edilən səbəblərə görə təhsildən yayınıblar.
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47