Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-03 16:33:00
Son sutkada 36 nəfər yoluxdu 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 793 371 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 442 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 212 nəfərdir.

 

Son sutka ərzində 2 117, hazırkı dövrədək isə 6 970 953 test aparılıb.