Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-04 10:11:00
Şagirdləri daşıyan avtobus qəzaya düşdü

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər, o cümlədən şagirdlər həlak olub.

 

AzEdu.az-ın məlumatına görə, avtobus dağlıq yolla hərəkət edərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yüksək hündürlükdən aşağı düşüb.

 

Qeyd olunub ki, avtobusda məktəbə yola düşən 40-dan çox şagird olub. Xilasedicilər ölü sayının arta biləcəyini istisna etmir.

 

Hadisə yerində xilasetmə işləri davam etdirilir.