Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-04 17:28:00
Azərbaycanda son sutkada 17 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 793 388 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 453 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 218 nəfərdir.

 

Ölkədə son sutka ərzində 1 574, hazırkı dövrədək isə 6 972 527 test aparılıb.