Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-05 10:36:00
ADNSU-nun bir qrup tələbə və müəllimi Çovdar filiz emalı sahəsində ekskursiyada olublar

İyunun 28-də  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi" kafedrasının 2 müəllimi, 4 bakalavr və 1 magistr tələbəsi AzerGold QSC-nin təşkilatçılığı ilə Daşkəsən rayonu, Çovdar filiz emalı sahəsində 1 günlük ekskursiyada olublar.

 

AzEdu.az xəbər verir ki, ADNSU-nun tələbə və müəllim heyəti ekskursiya zamanı SƏTƏM təlimatları haqqında məlumat əldə edib, sonra isə istismar sahəsi ilə tanış olublar. Təhlükəsizlik şərtlərinə uyğun olaraq ekskursiya iştirakçıları xüsusi geyimlərlə  təmin olunduqdan sonra ilk olaraq mədən sahəsində olub, daha sonra xırdalayıcı sahə və zənginləşdirmə fabrikinə baş çəkiblər və orada baş verən prosesləri yaxından müşahidə ediblər.

 

Sonra əməkdaş və tələbələrlə  şirkət nümayəndələri arasında görüş keçirilib. Görüşdə ADNSU ilə AzerGold QSC arasında olan əməkdaşlıq məsələləri, həmçinin tələbə və məzunların iş imkanlarının daha da artırılması istiqamətində görüləbiləcək məsələlər müzakirə olunub.