Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-28 10:40:00
Bakı məktəblərində birinci sinfə qəbul üzrə 44 mindən çox sorğu yerləşdirilib

"Birinci sinfə qəbul üzrə 44 880 sorğu yerləşdirilib. Bu, 95 faizinə yaxın göstərici deməkdir".

Bunu AzEdu.az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

BŞTİ-nin rəsmisi bildirib ki,  Avqustun 28-i (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib. Onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.