Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-06 17:13:00
Yoluxma ARTDI - Aktiv xəstə sayı 300-ə çatır  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, 9718 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

 

Son sutka ərzində 2755, hazırkı dövrədək isə 6 977 685 test aparılıb.