Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-07 17:37:00
Azərbaycanda daha 40 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 277 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 348, hazırkı dövrədək isə 6 980 033 test aparılıb.