Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-09 14:19:00
AzTU rektoru Qurban bayramı münasibətilə kollektivi təbrik edib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

 

AzEdu.az xəbər verir ki, paylaşımda deyilir:

 

“Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!

 

İnsanları xeyirxahlığa, birliyə, humanizmə, mərhəmətə, milli-mənəvi dəyərlərə sadiqliyə dəvət edən müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!

 

Müsəlman aləmi üçün əziz olan bu bayramda kəsdiyiniz qurbanların və etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını arzulayıram!

 

Müqəddəs Qurban bayramı ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin!

 

Bayramınız mübarək olsun!”