
Son günlər sosial şəbəkələrdə müəllimlərin sertifikasiyası ilə bağlı məlumat yayılmağa başlayır.
Yayılan qeyri-rəsmi məlumata əsasən, sertifikasiya imtahanı artıq təsdiq olunub. Qaydalar isə belə müəyyən edilib: İmtahan zamanı müəllimlərə 90 sual təqdim olunacaq. Suallardan 60-ı ixtisas, 20-si metodika (məntiq və kurikulum), 10-u isə psixologiya üzrə olacaq.
90 suala 150 dəqiqə vaxt veriləcək. İxtisas suallarının sayı 60 olduğu üçün.
Xatırladaq ki, 90 sualın 40% -i yəni, 36 keçid sayılır və həmin müəllimə C kateqoriya vəzifəsi veriləcək. Sertifikasiyadan sonra müəllimlər 4 kateqoriyaya bölünəcək. Kateqoriya alanlar 1 il ərzində hazırlaşıb yenidən imtahan verməlidirlər.
Məsələ ilə bağlı Azedu.az –a danışan gənc müəllim, portalın bölgə nümayəndəsi Elşən Ramizoğlu bildirib ki,məlumat həqiqəti əks etdirmir:
“Belə məlumat doğru ola bilməz! Əvvəla, rəsmi məlumat deyil! Daha sonra da sertifikasiya keçirilmə qaydaları haqqında məlumat verilməyib. Əvvəlcə müəllimlərə bu haqda məlumat verib, daha sonra imtahan keçiriləcək. Sadəcə, görünür, yenə bəzi kurs rəhbərləri pul qazanmaqdan ötrü bu işə əl atıblar ki, müəllimər indi də sertifikatsiya hazırlıqlarına cəlb olunsun. Müəllimlərə sadəcə, demək istəyirəm ki, sertifikasiya haqqında hələ heç bir məlumat yayılmayıb, bu haqda rəsmilər özləri məlumat verəcəklər! Rəsmi olmayan məlunatlara inanmaq və paylaşmaq doğru deyil!”