
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Şuşanın sosial-iqtisadi dirçəldilməsi–Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edir.
AzEdu.az xəbər verir ki, üsabiqənin əsas istiqamətləri aşağıdakılardır:
- Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar.
- Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri.
- Şuşanın resurs potensialının təhlili və qiymətləndirilməsi.
- Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları.
- Şuşa şəhərinin dirçəldilməsinin Azərbaycanın tərəqqisinin yeni zirvəyə qaldırılmasında strateji əhəmiyyəti.
Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.
Mükafatlandırma professor-müəllim heyəti və doktorant, magistr və tələbələr üçün ayrıca nəzərdə tutulur:
- Mükafatın məbləği (professor-müəllim heyəti üçün): I yer - 500 azn; II yer – 300 azn; III yer – 200 azn.
- Mükafatın məbləği (doktorant, magistr və tələbələr üçün): I yer - 300 azn; II yer - 200 azn; III yer - 100 azn.
- Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə sertifikatlar veriləcək.
- Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər məqalələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində təqdim edilə bilər.
Məqalə 6-8 səhifə həcmində (şrift: Times New Roman, şriftin ölçüsü: 12, sətirlərarası məsafə: 1.5 interval, sol sahə: 3 sm, yuxarı sahə: 2 sm, aşağı sahə: 2 sm, sağ sahə 1.5 sm) olmalıdır.
Məqalədə müəllifin adı və soyadı, professor-müəllim heyətinin çalışdığı universitet (və ya elmi-tədqiqat müəssisəsi), kafedra; doktorant, magistr və tələbənin təhsil aldığı təhsil müəssisəsi, fakültənin adı və qrupun nömrəsi mütləq qeyd olunmalıdır. Eyni zamanda elektron poçt ünvanları və telefon nömrələri də qeyd edilməlidir.
Məqalələrin son göndərilmə tarixi: 10 oktyabr 2022-ci il.
Müsabiqənin nəticələri 2022-ci il noyabr ayın 1-də elan olunacaq. Mükafatlandırma mərasimi avqustun 7-də keçiriləcək.
Təşkilatçılar: UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirlməsi və təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi.
Əlaqə telefonu: +994 12 4925731 (UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirlməsi və təşkili şöbəsi); koordinator: +994 55 400 37 20 (UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi).