Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-14 16:11:00
Payız semestri üçün tələbəm kreditlərinə müraciətlərin qəbulu BAŞLAYIR

 

İyulun 15-dən etibarən yeni tədris ilinin (2022-2023-cü il) birinci semestri üçün müraciətlərin qeydiyyatına start verilir.

 

AzEdu.az xəbər verir ki, TTKF-nin yaratdığı imkanlardan yararlanmaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron qaydada müraciət edə bilər. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul olunur.

 

Təhsil Tələbə Kredit Fondu fəaliyyətə başladığı tarixdən etibarən sayca X semetri üçün sənəd qəbuludur. Bu müddət ərzinə Fonda daxil olan XX elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə, XXX təhsil krediti müqaviləsi imzalanıb. Təhsilə  dövlət qayğısının təcəssümü olan bu Fondun yaradılmasında və Təhsil Tələbə Kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. 

 

Qeyd edək ki, təhsil tələbə kreditinin  verildiyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Belə ki, təhsil krediti ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbə 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbəyə 12-19 illik verilə bilir. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilmir. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

 

Məlumat üçün bildirək ki, daxil olan müraciət Fond tərəfindən müəyyən edilmiş şərtlərə uyğun gəldikdə təhsil müəssisəsi tərəfindən cavab gec gəldiyi təqdirdə belə qeydiyyat bitmiş sayılacaq. Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsi izləyə bilir. 

 

Abiturient və tələbələr təhsil krediti almaq üçün elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər.