Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 17:31:00
Təhsil naziri çalışmanın yaş həddinə çatmış direktorlarla görüşüb  

İyulun 15-də təhsil naziri Emin Əmrullayev çalışmanın yaş həddinə çatmış “Zəngi” liseyinin direktoru Almaz Əsgərova və “Elitar” gimnaziyanın direktoru Sevda Quliyeva ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, nazir Emin Əmrullayev hər iki ümumi təhsil müəssisəsinin direktoruna 40 illik pedaqoji fəaliyyətləri dövründə təhsilin inkişafına verdikləri töhfəyə, gənc nəslin təlim-tərbiyəsi sahəsində uzunmüddətli səmərəli xidmətlərinə görə təşəkkür edib.

 

Direktorlar onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Sonda direktorlar Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunublar.