Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-16 10:00:00
Müəllimlərin işə qəbulu imtahanında 7 min 600 namizəd iştirak edib

İyulun 15-də 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti test imtahanı mərhələsi keçirilib.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanların ikinci günündə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili və texnologiya fənləri üzrə 9 min 257 nəfər dəvət olunub. Onlardan 7 min 600 namizəd test imtahanı mərhələsində iştirak edib.