Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-17 12:31:00
Prokurorluq başçı müavininin şagirdi döyməsi iddiasını ARAŞDIRIR

Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

 

Baş Prokurorluqdan AzEdu.az-a verilən məlumata görə, məlumat əsasında araşdırmalar başlayıb:

 

"Qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb. Hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb. Məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək".