Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 12:47:00
Həndəsə. Statistika və ehtimal mövzusunda vebinar keçiriləcək  

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

 

AzEdu.az xəbər verir ki, növbəti vebinar 19 iyul tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə "Həndəsə. Statistika və ehtimal" mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.

 

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.