Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 15:01:00
Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar  

10-18 iyul 2022-ci il tarixlərində İsveçrədə (onlayn) Beynəlxalq Fizika Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc və 1 “Həvəsləndirici Mükafat” qazanıb. 

 

AzEdu.az xəbər verir ki, TN-nin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev bürünc, TN-nin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə bürünc, BDU-nun nəzdində "Gənc İstedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafat əldə edib.

 

Məktəblilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!