Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-18 18:13:00
Uşaq musiqi məktəblərinə işə qəbul üzrə imtahanın nəticələri açıqlanıb  

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə iyulun 17-də keçirilmiş sınaq imtahanının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

 

İştirakçılar imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 349 nəfərdən 17-si imtahana gəlməyib.

 

İmtahanda namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahə üzrə ixtisas biliklərini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq məntiqi təfəkkürü, 10 tapşırıq isə ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.