Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 11:37:00
23 əlilliyi olan abituriyent qəbul imtahanı verəcək

 

İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən mnəlumat verilib.

 

Məlumata əsasən, bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

 

Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.