Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-19 16:34:00
Sumqayıtda müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İyulun 19-da müəllimlərin işə qəbulu üzrə imtahan prosesinin izlənilməsi məqsədilə Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbə infotur təşkil edilib.

 

Bu barədə -AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, infoturda Təhsil Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, ali məktəblərin rektorları və media qurumlarının rəhbərləri iştirak ediblər.

 

İnfotur iştirakçılarına müəllimlərin işə qəbulu prosesində bu il tətbiq olunan yeniliklər barədə məlumat verilib. Təhsil İnstitutunun müəllim olmaq istəyən namizədlərə dəstək göstərmək, onların hazırlığına istiqamət vermək üçün gördüyü işlər diqqətə çatdırılıb. Həmçinin işə qəbul prosesi ilə bağlı vebinar və seminarların təşkil olunduğu bildirilib.

 

Qeyd olunub ki, müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində namizədlərə təqdim edilən ixtisas üzrə suallar və onların cavabları hər gün Təhsil TV-nin canlı yayımında təhlil olunur.

 

İnfotur iştirakçıları imtahan prosesini izləyiblər, fikir mübadiləsi aparıblar.