Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-20 09:25:00
"Sintaksis. Mətn üzrə iş" mövzusunda vebinar keçiriləcək  

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. 

 

AzEdu.az xəbər verir ki, növbəti vebinar 21 iyul tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə "Sintaksis. Mətn üzrə iş” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Bakı şəhəri T.Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, 1,2,3 və 4-cü siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.

 

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.