Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 10:16:00
DİM: Qəbul imtahanları üçün iki mindən çox nəzarətçi-müəllim cəlb edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 21-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçirilir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 110 imtahan binası, 1921 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 110 ümumi imtahan rəhbəri, 310 imtahan rəhbəri, 2 min 392 nəzarətçi–müəllim, 269 buraxılış rejimi əməkdaşı, 110 bina nümayəndəsi cəlb edilib.