Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 18:00:00
Şagirdlərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

10-18 iyul 2022-ci il tarixlərində İsveçrədə Beynəlxalq Fizika Olimpiadası (onlayn)  təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc və 1 həvəsləndirici mükafat qazanıb.       

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev  və Təhsil Nazirliyinin  tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə bürünc medala layiq görülüblər. Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev isə həvəsləndirici mükafat əldə edib. 


 
Məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq!