Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-23 13:46:00
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək  

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransını keçirir.

 

AzEdu.az xəbər verir ki, NASCO’nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

 

Konfransın istiqamətləri:

 

- Riyaziyyat və təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər və s.);

- İKT və mühəndislik (elektrik, qazma, robototexnika, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.);

- Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.).

 

NASCO’NUN  ƏSAS TARİXLƏRİ

 

TAM MƏTN TEZİSLƏRİN GÖNDƏRİLMƏSİ ÜÇÜN SON TARİX

25.09.2022

QƏBUL OLUNMUŞ TEZİSLƏRİN ELANI ÜÇÜN SON TARİX

15.10.2022

KONFRANS PROQRAMININ ELAN OLUNMASI

07.11.2022

KONFRANSIN TARİXLƏRİ

23-24.11.2022

Kimlər iştirak edə bilər?

NASCO’da Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər.

 

NASCO’ya tezis ilə müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur: https://forms.gle/84DaRMhRkqkRevyKA

 

TEZİSLƏRİN TƏRTİBİNƏ VERİLƏN TƏLƏBLƏR BARƏDƏ MƏLUMATLA AŞAĞIDAKI KEÇİDDƏN TANIŞ OLA BİLƏRSİNİZ: https://docs.google.com/document/d/19jsyeZyxAqMX-078N7w0WLJTX1J8Ym4C/edit?usp=sharing&ouid=113226406068130973659&rtpof=true&sd=true

 

NASCO’da yalnız məruzə edən şəxslərin tezisləri çap olunacaq və həmin şəxslər sertifikatla təltif ediləcəklər.

 

Qeyd: Müraciət etmək üçün Gmail hesabınızın olması mütləqdir.