Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-24 11:26:00
AzTU-da təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada aparılır

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu aparılır.

AzTU-dan AzEdu.az-a bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müəyyən tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

Sənəd qəbulu avqustun 1-dək davam edəcək.
Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.