Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-25 09:38:00
DİM: 20 nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 20 nəfər iştirak edib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının iyulun 30-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.