Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mexanika fakültəsinin tələbələrindən 6-sı “Binəqədi Oil” şirkətində yay istehsalat təcrübəsi keçir.

 

Bu barədə AzEdu.az-a fakültədən məlumat verilib. Bildirilib ki, istehsalat təcrübəsi əməkdaşlıq müqaviləsinə uyğun olaraq təşkil edilib. Şirkətdə tələbələrin lazımi təcrübə əldə etməsinə geniş imkanlar yaradılıb.