Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-28 11:15:00
Magistraturaya qeydiyyat başa çatdı

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qaydada qeydiyyatı başa çatıb.

 

AzEdu.az-a xəbər verir ki, plan yerlərinə uyğun olaraq, 22 ixtisas, 57 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edilib.

 

Əvvəlki illərlə müqayisədə bu il yeni ixtisaslar da əlavə olunub. Artıq AMEA-nın magistratura səviyyəsinə 150 nəfər bakalavr qeydiyyatdan keçərək təsdiqlənib.

 

Ümumilikdə, AMEA-da 2022/2023-cü tədris ilində 260-a yaxın magistrant təhsil alacaq.